Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Paytaxtda sənaye istehsalı 1,2 % artıb

Baxış: 417
Bu ilin yanvar-mart aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 % artaraq 8,8 mlrd manat təşkil edib.
Bu barədə Bakı Şəhər Statistika İdarəsi xəbər verir.
Məlumata görə, sənaye məhsulunun 77,6 %-i mədənçıxarma, 18,6 %-i emal, 3,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 84,5 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin aprelin 1-nə 340,6 mln manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 84,3 mln manat məbləğində digər məhsullar da mövcud olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.