Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasına lisenziya tələb olunmayacaq

Baxış: 492
Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması lisenziya tələb olunan fəaliyyət növlərinin  siyahısından çıxarılır.
Bu, “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, qüvvədə olan “Lisenziyalar və icazələr haqqında” qanuna əsasən, yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi (20-ci maddə) sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısında yer alıb. Digər tərəfdən, dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması “Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən edilmiş “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nda yer alıb. Bununla əlaqədar “Lisenziyalar və icazələr haqqında” qanundan dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılmasının lisenziya tələb olunan fəaliyyət növlərinin  siyahısından çıxarılması təklif olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.