Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Radiotezliklər üzrə Dövlət Komissiyası yaradıldı

Baxış: 319
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında radiokommunikasiya vasitələrindən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyini artırmaq və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək məqsədilə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb.
Dövlət Komissiyasının sədri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, üzvləri isə müdafiə və daxili işlər nazirlərinin müavinləri, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavinidir.
Komissiyanın qərarı ilə dövlət orqanlarının (qurumlarının) nümayəndələri Dövlət Komissiyasının işinə cəlb edilə bilərlər.
Nazirlər Kabinetinə bir ay müddətində Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Dövlət Komissiyasının sədri
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Dövlət Komissiyasının üzvləri
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.