Day, Month 00, Year
00: 00: 00 AM
Hər il dünyada 1,3 milyard ton qida itirilir və ya israf edilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı və “PAŞA Bank”ın dəstəyilə “Qida tullantıları: problemin həlli yolları” mövzusunda görüş keçirilib.
 Azərbaycan Sahibkarlar Konfederasiyasına  verdiyi məlumata görə, görüşü açan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Sahibkarlarla Əməkdaşlıq departamentinin rəhbəri Mehran Məmmədli ölkəmizdə qida itkiləri, qida bankının yaradılması probleminə toxunub. “Qida itkisinin qarşısını almaq üçün qida zəncirinin bütün həlqələrində iştirak edən sahibkarları cəlb etməyə çalışırıq”, – deyən M.Məmmədli beynəlxalq təcrübələrə əsaslanaraq məsələnin optimal həllinə nail olmağa çalışdıqlarını bildirib.
Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin müdiri Məcid Piriyev bildirib ki, qida zəncirinin bir mərhələsi də utilizasiya prosesidir. 2020-ci il və 2021-ci ilin ötən aylarında 7 489 ton, 84 min dekalitr məhsulun məhv edilməsi, 92 min ton, 113 dekalitr məhsulun isə utilizasiyası barədə qərar çıxarılıb. O, zərərsizləşdirmə və utilizasiya prosesinə cəlb edilən əsas məhsullar haqqında iştirakçılara məlumat verib.
ADA Universitetinin nümayəndəsi Anar Vəliyevin təqdimatına görə, hər il dünyada 1,3 milyard ton qida itirilir və ya israf edilir. Qida itkisi və tullantılarının dəyəri 680 milyard ABŞ dolları təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm 310 milyard ABŞ dollarıdır.
A.Vəliyev tullantıların yaranmasının əsas səbəbləri barədə məlumat verərək onların azaldılmasının iqtisadi faydaları barədə sahibkarları məlumatlandırıb. Maraqlı məlumatlardan biri odur ki, Azərbaycanda qida itkisinin 14 %-ni düyü təşkil edir. 12 % buğda, 10 % kartof itkiyə gedir. Düyü itikisi Türkiyədə 4-5 % olduğu halda Azərbaycanda 14-15 % olması diqqətə çarpır.
Məsələnin həlli yolları ilə bağlı təkliflərə isə istifadə müddətinə az qalmış məhsulların yenidən istifadəsi, ərzaq bankının yaradılması, qht-lərin köməyilə həmin ərzaq bankının ehiyacı olan aztəminatlı ailələrə çatdırılması ilə bağlı təkliflər səsləndirilib.
Qərara alınıb ki, məsələ ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılsın.


Tarix: 4-05-2021, 13:58 Oxunub: 203


Bölməyə aid digər xəbərlər