Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sahibkarların NƏZƏRİNƏ: Ağacları sığortalamaq mümkün olacaq

Baxış: 384
Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində meyvə bağlarında məhsullarla yanaşı, meyvə ağaclarını və kolların özünü ayrıca sığortalamaq mümkündür.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, hadisə baş verən zaman fermerə ağacın üç illik məhsulunun qiyməti həcmində ödəniş edilir.
Aqrar sığorta qaydalarına görə, ağac və kolların sığortalanması üçün iki zərf nəzərdə tutulub. Birinci zərfə dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, üçüncü şəxslərin hərəkətləri kimi risklər aiddir və bu zərf üzrə sığorta tarifi 0,5 faiz təşkil edir. İkinci zərfə isə bitki xəstəlikləri və zərərvericilər, xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri aiddir və bu zərfdə sığorta tarifi 2 faiz təşkil edir.
Qeyd edilib ki, ağac və kolların sığortalanması zamanı sığorta məbləği hesablananda ağacın məhsuldarlığı (kiloqramla) və məhsulun qiyməti nəzərə alınır.
Əlavə məlumatı Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytından əldə edə bilərsiniz.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.