Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şahdağ Turizm Mərkəzinin rəhbəri yenidən azərbaycanlı oldu

Baxış: 386
Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. O, Səid Salayevdir. O, vaxtilə Mingəçevir Turizm Kollecinin direktoru olub və Şahdağ Turizm Mərkəzinin sədri vəzifəsində 2018-ci ilin sonunda təyin olunmuş Almaniya vətəndaşı Rodderix Mark Leffleri əvəz edib.
Xatırladaq ki, Şahdağ Turizm Mərkəzi 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.