Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ASK-nın tərkibində fəaliyyət göstərən “Menecment Komissiyası”nın iclası keçirilib

Baxış: 342
Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Menecment Komissiyası”nın  iclası keçirilib.
İclasda komissiyanın yeni sədri – Camid Mövsümov seçilib. Komissiyanın qarşıdakı fəaliyyəti ilə bağlı müzakirələr aparılıb və iş planı açıqlanıb.
Sonra Komissiyanın tərkibində fəaliyyət göstərəcək – “Biznesdə transformasiyaların uğurlu tətbiqi”, “Rəqəmsallaşmada insan  kapitalının rolu” işçi qruplarının yaradılması qərara alınıb.
“Biznesdə transformasiyaların uğurlu tətbiqi”işçi qrupunun əsas hədəfi rəqəmsallaşan dünyadakı trendlərə uyğun şəkildə ölkəmizdə fəaliyyət göstərən təşkilatların uğurlu transformasiya fəaliyyətinə töhfə verməkdir. Edqar Abdullayevin rəhbərlik edəcəyi bu işçi qrup daxilində 7 üzv ilkin mərhələdə fəaliyyət göstərəcəkdir. Üzvlər məqsədyönlü şəkildə fərqli sahələrdən seçilmişdir. Komitəyə Türkiyədən də mütəxəssis cəlb olunmuşdur.
“Rəqəmsallaşmada insan  kapitalının rolu” işçi qrupu – insan resursları fəaliyyətinin peşəkar və rəqəmsal şəkildə qurulması prosesinə töhfə vermək, işə qəbul prosesinin avtomatlaşdırılması fəaliyyətinin həyata keçirilməsində müasir təcrübənin bölüşdürülməsini hədəfləyir. Çimnaz Qasımovanın rəhbərlik edəcəyi işçi qrupda xarici peşəkarların iştirakı da təmin olunmuşdur.
Həmçinin işçi qrupda “Menecerlərin Xüsusi İnkişaf Proqramı”nın tətbiqi də nəzərdə tutulur. Menecmentin xüsusi kvalifikasiya proqramı olan bu proqramla əlaqədar olaraq Türkiyənin Bahçeşehir Universiteti ilkin razılıq əldə olunmuşdur.
 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.