Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ASK-nın “Reklam və nəşriyyat müəssisələri ilə iş” Komissiyasının iclası keçirilmişdir

Baxış: 399
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının tərkibində fəaliyyət göstərən “Reklam və nəşriyyat müəssisələri ilə iş” Komissiyası ölkəmizdə reklam fəaliyyəti, Dövlət Reklam Agentliyinin bu sahədə gördüyü işlər və reklam yerlərinin alınması ilə bağlı qarşılaşdıqları suallara həsr olunan iclas keçirib. İclasda Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İcazə və razılaşdırma şöbəsi müdirinin müavini Səbuhi Bəşirov iştirak edib.
Komissiyanın üzvləri çöl reklamı üçün icazə verilən sahə, avtomobillərin üzərində reklamların yerləşdirilməsi xidməti, reklam rüsumları və s. məsələlərlə bağlı müzakirələr aparıblar.
Səbuhi Bəşirov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin vəzifələri, bu sahədə həyata keçirilən tədbirlər, qarşıda nəzərdə tutulan işlər barədə sahibkarları məlumatlandırıb.
Eyni zamanda ADRA-nın elektron icazələr sistemindən yararlanmaq və innovativ reklam daşıyıcılarından istifadənin əhəmiyyətindən danışılıb.
Sonra sahibkarları maraqlandıran suallara cavab verilib və onların təklifləri dinlənilib.
Qeyd edək ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərkibində 15 komissiya fəaliyyət göstərir. “Reklam və nəşriyyat müəssisələri ilə iş” Komissiyasında 26 iş adamı təmsil olunur və komissiyanın sədri Tural Musatafayevdir.
 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.