Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Nazirlik rəsmisindən sahibkarlara xəbərdarlıq: Sərt tədbirlər görüləcək

Baxış: 289
“Ötən dövr ərzində ölkədə faydalı qazıntı işi ilə məşğul olan sahibkarların fəaliyyəti monitorinq edilib. Orada çatışmazlıqlar tərəfimizdən qiymətləndirilir və bununla bağlı hüquqi addımlar atılır”.
Sahibkartv.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib.
Onun sözlərinə görə, aparılan tədbirlərə baxmayaraq, sahibkarlar tərəfindən qanunvericiliyə əməl olunmur:
“Qanunvericilikdən kənar fəaliyyətə cəhdlər olur. Onlarla bağlı ciddi tədbirlər görülür və daha  sərt tədbirlər görüləcək. Mədən sənayesində fəaliyyət göstərən sahibkarlardan xahiş edirəm ki, onlar öz fəaliyyətlərini dövlətin müəyyən etdiyi qanunvericiliyə uyğun qursunlar və nöqsanlara yol verməsinlər”.
“Bizim əsas məqsədimiz dağ-mədən sənayesi üzrə ən yaxşı təcrübəni ölkəmizə gətirmək və bu məsələ ilə bağlı sahibkarlarla dialoqa girməkdir. Buna görə də bu sahədə qarşılıqlı əməkdaşlıq etmək vacibdir”, - deyə sədr əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.