14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
Pandemiya dövründə bazar çağırışlarına uyğun olaraq zamanlı görülən tədbirlər sayəsində “Carlsberg Azerbaijan”ın ötən il üzrə satış həcmləri 2019-cu il ilə müqayisədə 16% artıb.
Ənənəvi ticarət kanallarında (kiçik mağazalar) satış həcminin artımı 20%, müasir ticarət kanallarında (şəbəkə mağazalarında) 58% təşkil edib.
COVID-19 virusunun yayılmasının qarşısının alınmasına yönəlmiş kafe və restoranların fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdə şirkət diqqətini pivə bazarının nisbətən yeni kanalı olan DIOT-a (mağazalarda çəllək pivəsi) yönəltdi. Süzmə avadanlığının böyük şəbəkə mağazalarında maksimum yerləşdirilməsi bu kanalda satış həcmində əhəmiyyətli bir artım əldə etməyə imkan verdi. On-trade kanalında (kafe, restoranlar) satış həcmi qeyd olunan məhdudiyyətlər səbəbindən 43% azaldı.
Brendlər
Şirkətin, demək olar ki, bütün brendləri üzrə satış həcmlərinin artımı müşahidə olundu:
“Xırdalan” (+7%), “Carlsberg” (+180%), “Kuler” (+27%), “Əfsanə” (+122%). “Carlsberg” pivəsinin satış həcmlərinin əhəmiyyətli dərəcədə artımı pərakəndə satış nöqtələrindəki kommunikasiya dəstəyi və promo-aktivliklərlə, Xırdalan pivəsinin satış həcmlərinin artımı “Xırdalan Non-filtered” (filtrasiya olunmamış) növünün banka qablaşdırmada istehsal olunması, “Əfsanə” pivəsinin isə satış göstəricilərinin artımı - dizaynın yenilənməsi və pivə xəttinin genişlənməsi ilə əlaqədardır. Ötən il ərzində mağazalara təqdim olunan yeniliklər artıq istehlakçılar tərəfindən sevilib: Zəngin dadı olan, yetişmiş albalının ətri və yüngül acılığı olan “Baltika 9 Albalı”, tərkibində təbii moruq şirəsi və vitaminlər olan alkoqolsuz pivə “Baltika 0 Moruq”. “Baltika” brendinin bütün xətti yenilənmiş dizaynda istehlakçılara təqdim edildi.
Son illər ərzində “Carlsberg Azerbaijan” qeyri-neft sektorunda Azərbaycanın ən böyük vergi ödəyicilərindən biri olub. Beləliklə, 2020-ci ildə Dövlət büdcəsinə vergi ödəmələrinin məbləği 35,7 milyon AZN təşkil edib ki, bu da 2019-cu il üçün vergi ödəmələrindən 47% çoxdur.
Pivə arpasının lokallaşdırılması
26 noyabr 2020-ci il tarixində “AzərŞəkər” şirkəti ilə Azərbaycanda pivəlik arpa becərilməsi üzrə tərəfdaşlıq çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Xatırladaq ki, 2019-cu ildə pivəlik arpanın lokallaşdırılması məqsədi ilə “Carlsberg Azerbaijan” və “AzərŞəkər” Azərbaycanda pilot layihə başladıblar və layihənin uğurlu nəticəsi təşəbbüskarlara arpa lokallaşdırılmasının daha da miqyaslanmasını planlaşdırmağa imkan verib. 2020-ci il noyabr ayının ortalarında Şəmkir rayonunda 70 hektar ərazidə pivəlik arpa əkilib ki, bu da “Carlsberg Azerbaijan”ın 2021-ci ildə arpaya illik tələbatının 10% təmin edəcək və 2022-ci ilədək yerli arpa tədarükünü xeyli artıracaqdır.
Dayanıqlı inkişaf layihələri
“Carlsberg Group”un “Birlikdə SIFIRA Doğru” dayanıqlı inkişaf proqramı çərçivəsində “Carlsberg Azerbaijan” son illər ərzində əhəmiyyətli irəliləyişə nail olub. 2015-ci ildən indiyə kimi şirkət istehsalatda suyun istifadəsini 32%, istilik enerjisinin istifadəsini 19,5% və elektrik enerjisinin istifadəsini 9% azaltmağa müvəffəq olub.
Cəmiyyətə dəstək
2020-ci ilin aprel və may aylarında şirkətimizin flaqman brendi Xırdalan Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə COVID-19 pandemiyasına qarşı mübarizəyə dəstək olaraq xeyriyyə tədbiri təşkil edib. “Biz Birlikdə Güclüyük” şüarı altında keçirilən aksiyada Abşeron rayonunun tənha yaşlı sakinlərinə və aztəminatlı ailələrinə 1000 qida səbəti paylanılması nəzərdə tutulub.
Pandemiya zamanı “Carlsberg Azerbaijan” xəstəxanalara və karantin zonalarına 300 mindən çox birdəfəlik qablar göndərib. Cəmiyyətə dəstək tədbirləri Abşeron rayon İcra Hakimiyyəti və TƏBİB tərəfindən yüksək qiymətləndirilib.
“Carlsberg Group”un Şərqi Avropa regionunda nəticələri
“Carlsberg Azerbaijan”ın daxil olduğu Şərqi Avropa bölgəsinin bütün bazarları (Ukrayna istisna olmaqla) il ərzində artım göstərib. Şərqi Avropada pivə satışının həcminin orqanik artımı 5,3%, alkoqolsuz içkilərin həcminin artımı 22,6% (əsasən enerji içkiləri sayəsində) təşkil edib və ümumi satışlar orqanik olaraq 6,2% artıb. Orqanik gəlir artımı 1% təşkil edib. Bir hektolitrə düşən gəlirin 5% azalması, Rusiya bazarındakı mövqelərin gücləndirməyə yönəlmiş yüksək səviyyəli promo-aktivliklərlə əlaqəlidir. Əməliyyat gəlirinin orqanik artımı, Rusiya istisna olmaqla, bütün bazarlarda güclü göstəricilərin təsiri ilə bölgədə 10,9% təşkil edib. Əməliyyat marjası 220 baza maddəsi artaraq 19,2% -ə çatıb.
***
“Carlsberg Azerbaijan” pivəbişirmə zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə, Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər əməkdaş və 400 nəfər vasitəçi (distribyutor, agentlik, podratçı) çalışır. Zavodun inkişafına şirkətin ümumi sərmayəsi təxminən 55 milyon AZN-dir. Şirkət portfelinə “Xırdalan”, “Carlsberg”, “Tuborg”, “Baltika”, “Əfsanə Kronenbourg Blanc 1664”, “Seth&Riley's Garage” kimi məşhur markalar daxildir.
“Carlsberg Group” 1847-ci ildə yaradışmış və hal-hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş ofisi Danimarkanın paytaxtı Kopenhagendə yerləşir.
“Carlsberg Group” dünyanın üç böyük bölgəsində - Qərbi Avropa, Mərkəzi və Şərqi Avropa və Asiyada onlarla ölkədə zavodlara malikdir. Şirkətin portfelində 140-dan çox pivə brendi vardır. Carlsberg Group işçilərinin ümumi sayı 40.000 nəfərdən çoxdur.
Bölməyə aid digər xəbərlər