Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Yüksək Texnologiyalar Parkına baş direktor təyin edildi

Baxış: 606
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) baş direktoru vəzifəsinə təyinat olub.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə YT Parkın baş direktoru vəzifəsinə texnika elmləri doktru, professor Əbülfəz Babayev təyin edilib.
AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev baş direktoru kollektivə təqdim edib. 
Akademiyanın rəsmisi çıxış edərək professor Əbülfəz Babayevi bu təyinat münasibətilə təbrik edib. Bildirib ki, uzun müddət sənayenin müxtəlif sahələrində çalışan və geniş təcrübəyə malik olan tanınmış kimyaçı alim Əbülfəz Babayevin YT Parka baş direktor seçilməsi Texnoparkda aparılan işlərin daha da sürətlənməsinə, qurumun fəaliyyətinin səmərəliliyinin artırılmasına imkan verəcək.
O, Əbülfəz Babayevin öz zəngin idarəçilik təcrübəsi ilə bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə və texnoparkın inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, professora fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Əbülfəz Babayev ABŞ Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, eləcə də Azərbaycan Mühəndislər Akademiyasının həqiqi üzvüdür. Alim 329 elmi əsər, 105 elmi ixtira və patent, 10 dərslik, 8 metodik vəsait və 2  monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 6 fəlsəfə doktoru, 1 elmlər doktoru  dissertasiyası yerinə yetirilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.