Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ölkədə içki istehsalının dəyəri açıqlanıb - FOTO

Baxış: 355
Azərbaycanda 2020-ci il ərzində 420,3 milyon manat dəyərində içki məhsulu istehsal edilib.
Sahibkartv.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə içki istehsalı 13,7 faiz azalıb.
Təkcə 2020-ci ilin dekabr ayında ölkədə 29,5 milyon manat dəyərində içki məhsulu istehsal edilib. İçki məhsullarından konyak istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz, pivə istehsalı 7,7 faiz artıb, araq istehsalı 8,8 faiz, alkoqolsuz içkilərin istehsalı isə 2,7 faiz azalıb.
Ölkəmizdə mühüm məhsul növlərindən hesab edilən üzüm şərabı istehsalı isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 52,7 faiz azalıb. Üzüm şərabı istehsalında kəskin azalma içki istehsalının ümumi həcminin də azalmasına səbəb olub. 
Eləcə də bildirilib ki, 2020-ci yanvar-noyabr aylarında ixracın strukturunda alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edən məhsul növlərindən olub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.