Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qazinin özü və qardaşı üçün kiçik təsərrüfatlar yaradılacaq - FOTO

Baxış: 315
Vətən Müharibəsi iştirakçıları ilə bağlı sosial dəstək tədbirləri müharibədə yaralanmış Xankişiyev Mirqəfər İlqar oğlunu və ailəsini də əhatə edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirlik əməkdaşları Mirqəfər və ailəsi ilə görüşüblər.
Qazinin istəyinə uyğun olaraq sağalandan sonra onun özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyat aparılıb.
Mirqəfərin qardaşı maşın ustası işləyir və avtoçilingər peşəsi üzrə xidmət sahəsini yaratmaq üçün o da özünüməşğulluq proqramına cəlb edilmək istəyib. Onun da qeydiyyatı aparılıb və yaxın vaxtlarda hər ikisi üçün proqramın dəstəyi ilə kiçik təsərrüfatlar yaradılacaq.
Qazinin atası vəfat edib, anası əlilliyə görə pensiya alır. Mirqəfərin əlilliyi də qiymətləndiriləcək, əlillik təyin olunduğu halda aylıq sosial ödənişlərlə təmin olunacaq.
Saatlıda yaşayan ailə doqquz nəfərdən (qazinin anası, özü, həyat yoldaşı və iki usağı, qardaşı, qardaşının həyat yoldaşı və iki usağı) ibarətdir. Ailəyə gələcəkdə digər istiqamətlərdə də sosial dəstək verilməsi üçün işlər aparılacaq.



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.