Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ASK-nın Ağstafa rayon nümayəndəsi Vüqar Kərimov haqqında

Baxış: 658
Bu gün sizə təqdim edəcəyimiz şəxs tanınmış iş adamı, Azərbaycan Sahibkarlar Konfederasiyasının Ağstafa rayon nümayəndəsi, Əsədoğlu Group MMC-nin direktoru Vüqar Kərimovdur.
Bakı Dövlət Universitetinin Riyaziyyat və kibernetika fakultəsindən məzun olmuş Vüqar Kərimovu sözün əsl mənasında xalqa yararlı vətəndaş adlandırmaq olar. Uzun illərdir Azərbaycanın inkişafı yolunda əmək sərf etmiş Kərimov, Vətənimizin ağır günlərində də əlindən gəldiyi qədər insanların yanında olmuş, şəhid ailələrinə, Qazilərimizə baş çəkmiş, bir çox yardımlar etmişdir. Ən son Böyük Vətən Müharibəmizdə şücaət göstərərək əsir düşmüş, gördüyü vəhşicəsinə işgəncələrə  baxmayaraq qorxmadan ermənilərin öz dillərində onları təhqir etmiş, milli mənsubiyyətimizi hər şeydən üstün tutmuş və Cənab Ali baş Komandanımız  İlham Əliyevin səyləri nəticəsində yenidən vətənə qaytarılmış Amin Musayevin evinə onu ziyarətə getmişdir.  Amin Musayevdə  Əsədoğlu Group MMC-nin əməkdaşı olmuşdur. 
Eyni zamanda qeyd etmək lazımdır ki, Vüqar Kərimov pandemiya dövrü başlayan gündən bəri aztəminatlı ailələrdən də öz yardımlarını əsirgəməmişdir. 
Biz də öz növbəmizdə Sahibkar Vüqar Kərimov’a 2021-ci ildə işlərində yeni uğurlar arzu edirik.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.