Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan ixracatçılarının yanvar-noyabr ayları üzrə reytinqi açıqlanıb - TOP-10

Baxış: 449
Bu ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "Sahibkartv"ə verilən məlumata görə, 2020-ci ilin 11 ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar:
1. "Azerbaijan International Mining Company"nin Azərbaycandakı nümayəndəliyi;
2. "SOCAR Polymer" MMC;
3. "Land Lojistic" MMC;
4. "MKT İstehsalat Kommersiya" MMC;
5. "Sun Food" MMC;
6. "Global Trade Group" MMC;
7. “Almeyvə” MMC;
8. "Baku Steel Company" MMC;
9. "Aqrovest" MMC;
10. "Fruit Store" MMC;
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda "Azergold" QSC, "Azəralüminium" MMC, "Azərenerji" ATSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti və "Azəripək" MMC yer alıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.