Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Goranboyda əsgər ailəsi üçün heyvandarlıq təsərrüfatı yaradılır - FOTO

Baxış: 316

Goranboy rayonu, Xoylu kənd sakini Həsənov Vüsal Elbrus oğlu ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən qəhrəmanlarımızdan biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda da hərbi xidmətini davam etdirir. 

Vüsalgilin ailəsi 3 nəfərdən ibarətdir: özü, anası və qardaşı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları əsgərin anası və qardaşı ilə görüşüb, ailənin yaşayış vəziyyətini öyrəniblər.

Vüsalın anası evdar qadındır və işləmək istəmir. Qardaşı 21 yaşlı Röyal isə anasını evdə tək qoyub işə çıxmaq istəməsə də, iribuynuzlu heyvandarlıq üzrə özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib.

Onun istəyi nəzərə alınaraq qeydiyyatı aparılıb və özünüməşğulluq proqramı çərçivəsində yaxın günlərdə ailəüçün heyvandarlıq təsərrüfatı qurulacaq.




Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.