17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Bu gün Bakıda keçirilən “Sahibkarlar Gününə” həsr edilmiş tədbirdə sahibkarlar adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.
Sahibkartv.Az xəbər verir ki, müraciətin mətnini “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Fərhad Qaraşov səsləndirib.
Müraciətdə deyilir:
“Möhtərəm cənab Prezident!
Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycanın hərtərəfli inkişaf strategiyası Zati-aliləriniz tərəfindən müdrikliklə və uzaqgörənliklə davam etdirilir. Məhz 20 il bundan əvvəl – 2002-ci ildə Ulu Öndərin 25 aprel-də yerli sahibkarlarla, 14 mayda isə xarici iş adamları ilə görüşlərindən sonra Azərbaycan iqtisadiyyatının, həmçinin sahibkarlığın inkişafında ciddi dönüş baş vermiş, mühüm qərarlar qəbul edilib. İqtisadiyyatın davamlı və dayanıqlı inkişafını təmin edən islahatlar aparılmış, sağlam bazar münasibətləri, azad rəqabət mühiti və güclü özəl sektor formalaşmışdır.
Dövlətimizin genişmiqyaslı dəstək tədbirlərinin nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, bütün regionları əhatə etməklə yeni istehsal və xidmət sahələri yaradılır, ixrac potensialı artır. Hazırda ümumdaxili məhsulun 83 faizdən çoxu özəl sektorun payına düşür.
Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində nüfuzlu beynəlxalq biznes hesabatlarında ölkəmizin reytinqi davamlı olaraq yaxşılaşır.
Özəl sektorun inkişafına yüksək diqqət və qayğınızın daha bir əyani göstəricisi olaraq hər il 25 aprel tarixinin Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi qeyd edilməsi biz sahibkarları qürurlandırır, sahibkarların cəmiyyətdə nüfuzunu yüksəldir və yeni uğurlara ruhlandırır.
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
2020-ci ildə Sizin rəhbərliyinizlə rəşadətli Ordumuzun qazandığı böyük Zəfər nəinki milyonlarla azərbaycanlını, türk dünyasını, bütün azərbaycansevərləri qürurlandırır.
Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün genişmiqyaslı tədbirlər davam etdirilməlidir.
44 günlük Vətən müharibəsi dövründə Sizin ətrafınızda sıx birləşərək “Dəmir yumruğ”un bir parçası olmağı bacarmış Azərbaycan sahibkarları Qarabağın yenidən firavanlığına qovuşması, işğaldan azad olunmuş torpaqlarımızın iqtisadi cəhətdən dirçəlməsi üçün səylərini daha da gücləndirirlər.
İnanırıq ki, rəhbərliyinizlə Qarabağın hər bir guşəsini birlikdə quracağıq, köçkünlərimizin doğma yurd-yuvalarına qayıdışı tezliklə təmin olunacaqdır.
Biz, Ulu Öndərin sahibkarlarla görüşünün 20 illiyinə həsr olunmuş Konfransın iştirakçıları ölkəmizdə yaradılan əlverişli işgüzar mühitdən yararlanmaqla yeni uğurlara nail olacağımıza inanır və Sizi əmin edirik ki, rəqabətədavamlı istehsalın genişləndirilməsi, dövlətimizin daha da qüdrətlənməsi və dünya miqyasında nüfuzunun daha da artması üçün bütün gücümüzü səfərbər edəcək, əhalinin rifah halının yüksəldilməsi yolunda var gücümüzlə çalışacağıq.
Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin daha da möhkəmlənməsi, xalqımızın əmin-amanlığı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq”.
Bölməyə aid digər xəbərlər