Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mikayıl Cabbarov: “Sahibkarlarla münasibətlərin formalaşdırılmasında yüksək nəticələr əldə edilib”

Baxış: 360
“Ölkədə sahibkarlıq zəngin ənənələrə malikdir, böyük inkişaf yolu keçib”. 
Sahibkartv.Az xəbər verir ki, bunu ulu öndər Heydər Əliyevin sahibkarlarla görüşünün 20 illiyinə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, bu sahədə uğurlarımız biznes fəaliyyətində özünü göstərib:
“İyirminci əsrin sonlarında bazar iqtisadiyyatının formalaşmasına start verildi. Ulu öndərin apardığı islahatlar sahibkarlığın dirçəlməsinə, inkişafına öz töhfəsini verdi. Bu sahədə qanunvericilik bazasının inkişafı, sahibkarlarla münasibətlərin formalaşdırılmasında da yüksək nəticələr əldə edilib. Son 18 il yarıma yaxın olan dövrdə ölkə iqtisadiyyatının üç-dörd dəfə artması, sənayenin dörd dəfə, kənd təsərrüfatı məhsulunun iki dəfəyə yaxın artması sahibkarlığın inkişafı üçün zəmin yaradıb. Hər şeyin kökündə isə sabitlik, makroiqtisadi sabitlik dayanır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.