Day, Month 00, Year
00: 00: 00 AM
Şəki Zaqatalanın inkişafına təkan verəcək layihə

Milyardlarla vəsait xərclənəcək, 1000-dən çok iş yeri açılacak

“Filizçay" yatağının 27 il nəzərdə tutulmuş istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsi planlaşdırılır.

Sahibkartv.az xəbər verir ki, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 2021-ci ilin yekunları və qarşıda duran vəzifələrinə həsr olunmuş Mətbuat konfransında QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

“Bilirsiniz ki, Balakən rayonunun inzibati ərazisində yerləşən “Filizçay” yatağı regionun ən böyük polimetal yatağı və “AzerGold”un ən iri həcmli layihələrindən biridir. Bununla yanaşı, tərkibində olan filiz ehtiyatlarının həcminə görə “Filizçay” Avropanın və dünyanın ən iri polimetal yataqları siyahısında yer alır. 2021-ci ildə yataq üzrə əlavə resursların aşkarlanması məqsədi ilə 3231 metr həcmində buruq-qazma işləri icra edilib, nümunələrin Türkiyədə yerləşən beynəlxalq laboratoriyada analizi yekunlaşdırılmış və müsbət nəticələr əldə edilib. Yataqda sink, qızıl, gümüş, mis və qurğuşun kimi qiymətli və əlvan metallar mövcuddur. "Filizçay" yatağının 2025-ci ildə istismara verilməsi planlaşdırılır, eyni vaxtda yataq üzrə resursların artımına yönəlmiş əlavə kəşfiyyat işləri və onların təsdiqlənməsi, həmçinin filiz süxurlarının mürəkkəb mineroloji və metallurji xüsusiyyətləri nəzərə alınmaqla daha optimal metal tərkibinin əldə edilməsi üzrə emal proseslərinə dair texnoloji sxemin müəyyənləşdirilməsi üçün məsləhətçi şirkət tərəfindən əlavə işlərin icra edilməsi də tövsiyyə edilir. "Filizçay" yatağının 27 il nəzərdə tutulmuş istismar dövrü ərzində ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsi planlaşdırılır. Bundan əlavə, yatağın istismarı 1000-dən çox yeni iş yerinin açılması deməkdir. "Filizçay" layihəsinin icrası ümumilikdə Şəki-Zaqatala iqtisadi rayonunun sosial-iqtisadi inkişafına öz əhəmiyyətli töhfəsini verəcək”, - İbrahimov qeyd edib.


Tarix: 8-02-2022, 18:16 Oxunub: 131


Bölməyə aid digər xəbərlər