Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda hava kəskin dəyişəcək - Güclü külək, yağış və temperatur enişi gəlir

Baxış: 252
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.

Meteoroloji məlumatlara əsasən,  bu həftəsonu – 14 və 15 noyabr tarixlərində paytaxtda nisbətən mülayim və buludlu hava müşahidə olunacaq. Belə ki, şənbə günü havanın temperaturu gündüz 18-19 dərəcəyədək yüksələcək, gecə isə 8-9 dərəcə isti təşkil edəcək. Bazar günü, noyabrın 15-də də gündüz 17-18 dərəcə isti gözlənilsə də, küləyin sürətinin 16-17 m/s-dək güclənəcəyi proqnozlaşdırılır.

Yeni həftənin ilk günündən – noyabrın 16-dan etibarən Bakıda hava şəraiti kəskin pisləşəcək. Bazar ertəsi gün ərzində yağış yağacağı, şimal küləyinin güclü əsəcəyi və havanın temperaturunun ötən günlərlə müqayisədə 7-8 dərəcə enərək gündüz 10-11, gecə isə 8-9 dərəcə təşkil edəcəyi gözlənilir. Çərşənbə axşamı, noyabrın 17-də də sərin və buludlu hava davam edəcək, havanın temperaturu gündüz 10-11, gecə 8-9 dərəcə olacaq.

Həftənin ortasından etibarən isə paytaxtda hava yenidən mülayimləşməyə başlayacaq. Noyabrın 18-də buludlu və yağıntısız hava şəraitində gündüz 14 dərəcə, gecə 7-9 dərəcə isti qeydə alınacaq. Cümə axşamı və cümə günləri – 19-20 noyabr tarixlərində temperaturun yenidən 16-18 dərəcəyə yüksələcəyi, əsasən buludlu və arabir küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.