Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İrəvandan tarixi etiraf: Paşinyan Rusiya blokundan uzaqlaşmağın anonsunu verdi

Baxış: 243


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ), həm də Avropa İttifaqının (Aİ) üzvü ola bilməyəcəyini bəyan edib.
Sahibkartv.az xəbər verir ki, Ermənistan hökumətinin başçısı bu fikirləri çıxışı zamanı ölkənin xarici siyasi kursuna və geosiyasi seçiminə aydınlıq gətirərkən səsləndirib. Paşinyan bildirib ki, onun rəhbərlik etdiyi komandanın əsas siyasi məqsədi Ermənistan vətəndaşları üçün real alternativ yaratmaq olub və bu gün də belə olaraq qalır: "Uzun müddət belə bir fikir formalaşmışdı ki, Ermənistan Respublikasının heç bir alternativi yoxdur. Hətta Avrasiya İqtisadi İttifaqının liderlərindən biri açıq şəkildə bəyan etmişdi ki, Ermənistanın Aİİ-dən başqa gedəcək yeri yoxdur. Məhz həmin bəyanat ölkədə müəyyən siyasi proseslərin başlamasına təkan verdi".
Qeyd edək ki, İrəvanın son dövrlər Qərblə inteqrasiyanı dərinləşdirməsi və Avropa İttifaqına üzvlük perspektivlərini müzakirəyə çıxarması rəsmi Moskva ilə münasibətlərdə ciddi gərginliyə səbəb olub. Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistanın Aİİ üzvlüyündən əldə etdiyi iqtisadi imtiyazlarla Avropa İttifaqının standartları bir araya sığmır və İrəvan gec-tez iki inteqrasiya bloku arasında qəti seçim etməli olacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.