Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünya nəhəngləri hakerlərin hədəfində: Tramp, "McDonald's" və "Burger King"in paylaşımlarına müdaxilə edildi

Baxış: 171
Dünya nəhəngləri hakerlərin hədəfində: Tramp, "McDonald's" və "Burger King"in paylaşımlarına müdaxilə edildi


ABŞ Prezidenti Donald Trampın, eləcə də "McDonald's" və "Burger King" kimi məşhur şirkətlərin sosial şəbəkələrdəki köhnə paylaşımlarında yer alan keçidlərin yönləndirdiyi ünvanlar naməlum şəxslər tərəfindən dəyişdirilib.

 "New York Post" xəbər verir ki, bunlar əsasən 2011-2013-cü illərdə "X" (keçmiş "Twitter") platformasında dərc edilmiş paylaşımları əhatə edib.

"Burger King"in restoranlarının ünvanları ilə bağlı paylaşımlarında yerləşdirdiyi keçidlər istifadəçiləri Adolf Hitler və nasist konsentrasiya düşərgələri haqqında məlumatların yer aldığı səhifələrə yönləndirib. "McDonald's"ın paylaşımlarındakı keçidlərdən biri isə 11 sentyabr terror hücumları barədə məlumatların yerləşdirildiyi səhifəyə aparıb çıxarır.

Donald Trampın hesabında da təxminən 20 köhnə paylaşımda yer alan keçidlərin yönləndirdiyi ünvanların dəyişdirildiyi bildirilir. İstifadəçilər həmin keçidlər vasitəsilə müxtəlif oyun və əyləncə məzmunlarının yerləşdirildiyi səhifələrə yönləndiriliblər.

İlkin ehtimallara görə, hadisə keçidlərin qısaldılması üçün istifadə olunan "Bitly" xidməti ilə əlaqədardır. Naməlum şəxslərin köhnə keçidlərin yönləndirildiyi ünvanları dəyişdirdiyi güman edilir.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Sosial şəbəkə hesablarının birbaşa ələ keçirildiyi isə təsdiqlənməyib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.