Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Keçmiş nazirin milyonları görün haralardan tapıldı

Baxış: 108


Macarıstanda müstəntiqlər keçmiş Milli inkişaf naziri Mikloş Sestakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və Macarıstanın üç bölgəsində iki günlük axtarışlar zamanı təxminən 17,7 milyon avro müsadirə ediblər.

 "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, pullar müxtəlif yerlərdə, o cümlədən meşələrdə basdırılmış, kənd təsərrüfatı binalarında, anbarlarda, yaşayış binasında və təhlükəsiz seyflərdə gizlədilibmiş.

Əməliyyat Sestakın, xüsusən də dövlət müəssisəsi və dövlətə məxsus tikinti layihələri üçün nəqliyyat vasitələrinin alınması ilə bağlı külli miqdarda rüşvət almaqda şübhəli bilindiyi istintaqın bir hissəsi olub. Viktor Orbanın baş nazirliyi dövründə hökumətdə xidmət etmiş Seştak sentyabrın sonundan bəri həbsdədir.

AP qeyd edir ki, bu, Orbanın əməkdaşları ilə bağlı aparılan yeganə istintaq deyil. Mərkəzi Bankın keçmiş sədri Dyörgy Matolcsypó da Mərkəzi Bankın fondundan sui-istifadə etməkdə şübhəli bilinərək həbs olunub.
Bundan əlavə, noyabrın 9-da keçmiş baş nazirin qardaşı Aron Orban viza fırıldaqçılığı şübhəsi ilə saxlanılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.