Day, Month 00, Year
00: 00: 00 AM
Lənkəran rayonunun sahibkarlıq fəaliyyəti

Bu günki  virtual səyahət edəcəyimiz növbəti gözəl turistik cəhətdən zəngin sayılan Lənkərandır. Lənkəran Azərbaycanın cox qədim yaşayış məskənlərindən biridir. Bölgə ərazisində aparılmış arxeoloji qazıntılar bu yerlərdə hələ tünc dövründən, yəni eramızdan əvvəl III–II minilliklərdə insanların yaşadığını təsdiq etmişdir. Zümrüd rəngli Talış dağlarının ətəyində, nəğməli Xəzərin qızıl qumlu sahillərində əsrarəngiz bir şəhər var. Buranı «Cənub mirvarisi, qızıl Lənkəran» adlandırırlar. Yamyaşıl meşələr, baş-başa vermiş dağlar, mavi Xəzər təbiətin Lənkərana bəxşişidir. Seyrindən doymadığımız Hirkan Milli Parki və Qızılağac qoruğu, buz bulaqlar, İstisu qaynar bulaqları onun inciləridir. Bu qoruqlarda qırqovulqu quşukəklikağ qartal və digər quş növləri yaşayırlar. Ümumiyyətlə, burada 270 növ quş var. Hirkan qoruğunda isə nəsli kəsilməkdə olan qədim ağac növlərinə daha çox rast gəlmək olar. İnzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Rayonun ərazisi 153.940 hektardır. Onun 66700 hektarını quru sahə təşkil edir. Rayonda 2 şəhər, 8 qəsəbə və 83 kənd vardır. Bakıdan rayon mərkəzinədək olan məsafə 268 km-dir. XVIII əsrdəTalış xanlığı yaradıldı. Qara xanın hakimiyyəti dövründə xanlığın paytaxtı Astaradan Lənkərana köçürüldü. Lənkəran uzun müddət Talış xanlığının paytaxtı kimi qalmış və AzərbaycanınİranlaOrta AsiyaHindistan və Rusiya ilə ticarətində mühüm rol oynamışdır. Lənkəranın ərazisi 38o24–39o24 şimal və 47o58 şərq coğrafi en dairəsində yerləşir, şimaldan Kür-Araz ovalığı, şərq və cənub-şərqdə Xəzər dənizi ilə hüdudlanmışdır. Hündür dağətəyi sahədə 200 metr hündürdə, Xəzər dənizi sahilində okean səviyyəsindən 28 metr aşağıda yerləşir.
Rayonda çaylar şəbəkəsi kifayət qədər sıxdır. 

Rayon mərkəzindən 10–25 km radiusda Lənkəran, Veravul, Boladi və Qumbaşı çayları axır. Əsasən yağış suları hesabına dolan çayların çoxu xəzər dənizinə tökülür. Aqrar-sənaye rayonudur. Tərəvəz və çay istehsalına görə respublikada birinci yerdə gedir. Rayonda balıq, meyvə-tərəvəz konservi, süd, şərab zavodları, bir neçə çay fabriki və başqa müəssisələr vardır. Lənkəran rayonu mühüm kənd təsərrüfatı zonasıdır. Mülayim iqlim şəraiti, bol günəşi və məhsuldar torpaqları sayəsində Lənkəran çay, yapon xurması, feyxoa, limon və naringi kimi subtropik bitkiləri ilə ad çıxarmışdır. Çay becərilməsi bu regionda kənd təsərrüfatı fəaliyyətinin ən çox inkişaf etmiş və ən gəlirli növlərindən biridir. Çay məhsulu yerli fabriklərdə emal edilir. Sənaye sahələri isə mebel, ipək və xalça istehsalı ilə təmsil edilmişdir. Rayonun Boladi, Veravul və Vilvan kəndlərində ənənvi xalq sənətləri xalçaçılıq, zərgərlik, qamışdan məişətdə işlədilən əşyaların toxunması daha geniş inkişaf etmişdir. Lənkəran şəhərində bəzi sənətkarlar daş, ağac və metal üzərində oyma kimi xalq sənətləri ilə məşğul olurlar. Lənkəranda qədimdən balıqçılığa xüsusi maraq olmuşdur. 
Əlverişli təbii şərait, xüsusilə Xəzər dənizi, Lənkəran çayları, gölməçələr və arxlar balıqçılığın inkişafına imkan vermişdir. Keçmiş Lənkəran qəzası XIX əsrin ikinci yarısında balıqçılıın inkişafına görə Zaqafqaziyada birinci yeri tutmuşdur. Qumbaşı balıqçılıq vətəgəsi XIX əsrdə Lənkəranda böyük balıqçılıq müəssisəsi sayılmışdır. Lənkəranda tarixi görməli yerlər çoxdur. Memarlıq abidələrindən Lənkəranda qala, Hacı Mirzə hamamı, məscid (XVIII–XIX əsrlər), Aşağı Nüvədi, Seyidəkəran, Sütəmurdov kəndlərindən məscid (XIX əsr) qorunub saxlanır. Yuxarı Nüvədi kəndində qədim Əbirlər qülləsi, Şıxakəran kəndində Şeyx Zahid türbəsi, Lənkəran şəhərində Kiçik Qala məscidi, Güldəstə minarəsi, Hacı Mirzə hamamı, binanın fasadını bəzəyən dəqiq naxışları ilə seçilən gözəl Xan Evi kimi tarixi abidələr qorunub saxlanmışdır. Lənkəranda bir çox sahibkarlıq fəaliyyəti göstərən otellər və restoranlar var. Bunlardan biri də Lənkəran Springs Wellness Resort-dur. 


Lankaran Springs Wellness Resort -un Lənkəranda restoranı, fitness mərkəzi, barı və bağı var. Bu 5 ulduzlu oteldə uşaq klubu, ATM və pulsuz Wi-Fi var. Mülkiyyət 24 saat resepsiyon, otaq xidməti və valyuta mübadiləsi təklif edir. Digər otelimiz isə Luxe Lənkəran Oteli-dir.

Luxe Lankaran Hotel öz qonaqlarına spa və sağlamlıq mərkəzi, hamam, sauna və fitness mərkəzi təklif edir. Luxe Lankaran Hotel, Lənkəran Dəmiryol Stansiyasına 2 km, Lənkəran Beynəlxalq Hava Limanına 13 km məsafədədir. Digər otellərimizdən biri isə qədimiliyi ilə göz oxşayan Xan Lənkəran otelidir.



Azərbaycan üslubunu əks etdirən bənzərsiz dizaynı olan bu otel Lənkəranda yerləşir. Talış dağları ilə əhatə olunmuş Xan Lənkəran oteli, Xəzər dənizi sahilindən 3 dəqiqəlik məsafədədir. Oteldə Azərbaycan və Avropa mətbəxinin xidmət etdiyi diqqətlə bəzədilmiş bir restoran var. Xan Lənkəran otelinin böyük verandasında qonaqların rustik üslubda taxta skamyalarda istirahət edə biləcəyi bir bağ var. Köhnə taxta arabalar, rəsmlər, qədim mis küplər və gil qablar yerin ənənəvi atmosferini gücləndirir. Digər göz alıcı otellərimizdən biri isə Riva Hill Resort Lankaran otelidir.


Riva Hill Resort Lankaran, Masallıya 37 km, Lerikə 30 km uzaklıktadır.


Tarix: 26-08-2021, 12:15 Oxunub: 811


Bölməyə aid digər xəbərlər