
Xocalı rayonunun altı kəndinə köçürülən ümumilikdə 41 ailəyə evlərinin açarları təqdim edilib.
Sakinlər açarların təqdim olunması mərasimində mina təhlükəsizliyi barədə ətraflı məlumatlandırılıblar.
Qeyd edək ki, bu mərhələdə Badaraya 10 (33 nəfər), Təzəbinəyə 10 (60 nəfər), Xanabada 9 (33 nəfər), Ballıcaya 4 (22 nəfər), Xanyurduna 4 (18 nəfər), Daşbulaq kəndinə isə 4 ailə (13 nəfər) köçürülüb.(Report)
***
Xocalı rayonunun 6 kəndinə yola salınan köç mənzil başına çatıb.
respublikanın müxtəlif yerlərindən yola salınan köç Xocalı rayonunun Badara,Təzəbinə,Xanabad Xanyurdu və Daşbulaq kəndlərinə çatıb.
Daha sonra ailələrə mənzillərin açarları təqdim ediləcək.







































