Day, Month 00, Year
00: 00: 00 AM

Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi - BU GÜN AÇILIŞI OLACAQ





Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi - BU GÜN AÇILIŞI OLACAQ
Xəbər verdiyimiz kimi, Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.
Sahibkartv.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirib:

"Sabah biz Şavkat Miromonoviçin şəxsi təşəbbüsü ilə Azərbaycana bağışladığı məktəbin açılışında iştirak edəcəyik. Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq.
Bir neçə gün, daha dəqiq desək, dörd gün bundan əvvəl Füzuli şəhərinin ilk sakinləri - keçmiş köçkünlər doğma yurdlarına qayıdıblar. Artıq yaxın zamanlarda - azı bir aydan sonra uşaqlar Özbəkistandan olan qardaşlarımız tərəfindən hədiyyə edilən məktəbdə oxumağa başlayacaqlar".


Tarix: 23-08-2023, 11:36 Oxunub: 124


Bölməyə aid digər xəbərlər