Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Deputat: “Aqrar sektorda təşviqlər 3 illik olsun”

Baxış: 300



“Azərbaycanda kənd təsərrüfatı sahəsi ilə bağlı vergi təşviqləri 1 illik nəzərdə tutulub, təklif edirəm ki, 3 illik olsun”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Azər Badamov deyib.
“İqtisadiyyatın elə sahələri var ki, həmin sahələr daima dövlət dəstəyinə ehtiyacı duyur. Bu sahələrdən biri də kənd təsərrüfatıdır. Vergi məcəlləsinə təkil olunan əlavə və dəyişikliklərdə təşviqlən 1 illikdir, Amma yaxın vaxtlarda ərzaq təhlükəsizliyi ilə bağlı müsbət proqnozlar yoxdur. Ona görə də, təşviqlərin 3 illik olmasını təklif edirəm”, - o qeyd edib.
Xatırladaq ki, Azərbaycanda aqrar sahədə satışdankənar gəlirlərin və subsidiyaların vergidən azad olunması təklif edilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.