22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Bu gün SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarına başlanılması və 2016-cı ildə buraxılmış ilkin istiqrazlarla bağlı hesabat tədbiri keçirilib.
Dövlət Neft Şirkətindən Sahibkartv.az-a verilən məlumata əsasən, SOCAR-ın maliyyə məsələləri üzrə baş məsləhətçisi, tədbirin moderatoru Əli Ağaoğlunun giriş nitqindən sonra, 2016-cı ildə buraxılmış ilkin SOCAR İstiqrazları ilə bağlı hesabat xarakterli videoçarx nümayiş olunub.
SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov çıxış edərək SOCAR İstiqrazlarının yaranma tarixçəsindən, ölkə iqtisadiyyatına töhfələrindən və buraxılmış yeni istiqrazlara investorların böyük marağından söz açıb. Tədbirdə iştirak edən Mərkəzi Bankın Kapital Bazarlarına Nəzarət Departamentinin direktor müavini Samir İsmayılov və Bakı Fond Birjasının Sədri Eldar Abdullayev çıxışlarında SOCAR İstiqrazlarının qiymətli kağızlar bazarının inkişafında rolundan və digər korporativ istiqrazların emissiyasına qazandırdığı stimuldan bəhs edib, ilkin istiqrazların birjada ən çox investisiya edilmiş qiymətli kağız olduğunu vurğulayıb.
Mütəxəssislər fiziki şəxslər tərəfindən satın alınmış 100 milyon dollar məbləğindəki yeni SOCAR İstiqrazlarının 1 noyabr tarixində birjada yerləşdirilməsini daxili kapital bazarlarının yeni bir uğuru kimi dəyərləndiriblər.
SOCAR-ın maliyyə məsələləri üzrə baş məsləhətçisi Əli Ağaoğlu Azərbaycan iqtisadiyyatının flaqmanı olan SOCAR-ın meqa-layihələrlə birgə, investorlar üçün alternativ investisiya imkanı yaratmaqda davam etdiyini, 100 milyon dollar həcmində buraxılmış yeni istiqrazlara 380 milyon dollardan artıq tələb gəldiyini nəzərə çatdırıb və şirkətin daxili kapital bazarlarının inkişafına töhfə verməkdən qürur duyduğunu vurğulayıb.
Tədbirin sonunda SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının başlandığını elan edən rəmzi açılış zəngi çalınıb.
Xatırladaq ki, yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılıb. Faiz gəliri 4,5 faizdir və kupon ödənişləri rüblük qrafiklər əsasında həyata keçiriləcək. İstiqrazları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış “SOCAR İstiqrazları” köşklərindən, eləcə də Azərbaycanda xidmət göstərən investisiya şirkətlərindən əldə etmək mümkündür. SOCAR, istiqrazlarının təkrar bazarda likvidliyinin təmin olunması məqsədilə “PSG Kapital” investisiya şirkətini marketmeyker qismində cəlb edib.
Bölməyə aid digər xəbərlər