21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
Məhsuldarlıq azalır, Mərkəzi Bankdan xəbərdarlıq: gələn il bahalaşma qaçılmazdır...
Buğdanın ən iri qlobal istehsalçılarından biri olan Rusiyada qiymətlər sürətlə bahalaşır.
Sahibkartv.az xəbər verir ki, təkcə son həftədə 1 tona görə qiymət 9 dollar bahalaşaraq,325 dollara çatıb.“СовЭкон” analitik mərkəzinin məlumatına görə, bu, 2012-2013-cü illər mövsümündən bəri maksimum həddir.
Əsas səbəblər dünya bazarında, xüsusən iri istehsalçılar olan Rusiya və Kanada tərəfindən aşağı məhsuldarlıq səbəbindən təklifin səviyyəsinin azalması və sürətlə artan tələbdir.
ABŞ-ın Kənd təsərrüfatı Nazirliyi (USDA) ötən ay dünya buğda ehtiyatlarına dair proqnozunu 6 milyon ton azaldaraq, 277,2 milyon ton, Kanadada məhsuldarlıq həddini isə 2 milyon ton az - 21 milyon ton səviyyəsində müəyyənləşdirib.
Rusiya Kənd təsərrüfatı Nazirliyi də taxıl yığımı ilə bağlı proqnozlarını azaldaraq, bu il 127,4 milyon ton əvəzinə 123 milyon ton taxıl hasil ediləcəyini bildirir. Eyni zamanda, taxıl ixracında da azalma var. Gömrük statistikasına görə, bu ilki taxıl mövsümünün əvvəlindən oktyabrın sonuna kimi Rusiya 12,1 milyon ton taxıl, o cümlədən 10,5 milyon ton buğda ixrac edib ki,bu da ötən ilin göstəricisindən müvafiq olara 33% və 32% aşağıdır.
Qiymət artımına həm də bir sıra iri taxıl idxal edən ölkələrin dövlət şirkətləri tərəfindən sifarişlərin həcminin yüksəlməsi təsir edir. Belə ki, Misirin dövlət şirkəti GASC 27 oktyabrdakı tenderdə 1-10 dekabr tarixlərində çatdırılmaq şərti ilə tonu 327-329 dollardan 360 min ton buğda sifariş edib. Bu tələbin yarısı - 180 min tonu Rusiya buğdası hesabına təmin ediləcək. Növbəti kotirovkalarda qiymət hədəfi 1 tona 350 dollardır.
Rusiya Mərkəzi Bankı dünən oktyabr ayı üzrə ölkənin pul-kredit siyasətinə dair hesabatında taxılçılıq və heyvandarlıqda məhsuldarlığın aşağı düşməsinə görə gələn ilin əvvəlində bir sıra ərzaq mallarında qiymət artımının olacağını bildirib. Qurum həmçinin, 2021-2024-cü illər üzrə ÜDM artımına dair proqnozunu dəyişməyib: cari ildə 4-4,5%, növbəti illərdə 2-3%. 2022-ci il üzrə inflyasiya həddi 7,3-8,3% proqnozlaşdırılır.
Bölməyə aid digər xəbərlər