Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Oktyabrda Mərkəzi Bankın valyuta ehtiyatları cüzi artıb

Baxış: 216

2021-ci ilin Oktyabr ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7,3 milyon dollar artaraq 29 Oktyabr 2021-ci il tarixində 7 milyard 41,1 milyon dollara çatıb.
Sahibkartv.az  Mərkəzi Banka istinadən xəbər verir ki, Sentyabr ayının sonunda ehtiyatlar 7 milyard 33,8 milyon dollar təşkil etmişdi.
2020-ci ilin sonu ilə müqayisədə, 10 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 671,7 milyon dollar artıb. Qeyd edək ki, 2020-ci ilin 10 ayı ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 209,8 milyon dollar artmışdı.
Valyuta ehtiyatları, milyon dollar ilə
29.10.2021     7041.1
30.09.2021     7033.8
31.08.2021     7042.6
30.07.2021     6496.5
30.06.2021     6455.3
31.05.2021     6460.4
30.04.2021     6367.6
31.03.2021     6356.2
26.02.2021     6367.6
29.01.2021     6365.2
30.12.2020     6369.4
Artım əsasən avqust ayında kvotaya uyğun BVF-nin SDR bölgüsü çərçivəsində Azərbaycanın SDR limitinin artırılması ilə bağlıdır.ki, bu da 5 ədəddir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.