
Dollar/TL məzənnəsi, bugün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının pul siyasəti faizini 2 bənd endirməsindən sonra 9,50-yə çataraq tarixi ən yüksək səviyyəsini görüb.
Dollar/TL (Türk Lirəsi) məzənnəsi, bugün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının Pul Siyasəti Komitəsi yığıncağında pul siyasət faizini 18%-dən 16%-ə endirməsinin ardından 9,5025-i görüb.
Sahibkartv.az xəbər verir ki, Türk lirəsi cümə axşamı günü ən çox dəyər itirən inkişaf edən ölkə pul vahidi olub.
Türk Lirəsi dollar qarşısında 3%-dən çox ucuzlaşıb.
Avro/TL məzənnəsi 11 səviyyəsini də keçib.





































