Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycanda kotirovkaların həddi iki dəfə artırılır

2020-ci ildə elektron satınalmaları platformasından 930 milyon manatdan çox satınalma layihəsi keçib. Qanunla beş milyon manat ekvivalentindən aşağı olan satınalmalar elektron satınalmalar platformasından keçə bilər. Lakin, təkmilləşdirmə prosesində bu məbləğin artması gözlənilir.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunan konfransda məlumat verib.
Dövlət satınalamalarına nəzarət üzrə təkmilləşdirmə işlərindən danışan xidmətin rəis müavini bildirib ki, bununla bağlı “Dövlət Satınalamaları haqqında” yeni qanun layihəsi hazırlanıb:
“Bu qanun layihəsi bütün sahibkarlar və dövlət qurumları ilə birgə hazırlanıb. Qanun layihəsi dövlət satınalmalarında çevikliyə imkan verəcək. Bununla da qanunun tətbiq sahəsinin genişləndirilməsi, bütün dövlət satınalma metodlarının elektronlaşdırılması nəzərdə tutulur. Artıq layihə dövlət qurumlarına təqdim olunub, həmçinin, onunla bağlı rəy və təkliflər də alınıb. Hazırda təhlillər aparılır. Aparılan araşdırmalar əsasında müəyyən düzəlişlər və dəyişikliklər olacaq. Bundan sonra qanun tətbiq olunmaq üzrə təqdim olunacaq”.
M.Abbasbəyli əlavə edib ki, dövlət satınalmalarının daha şəffaf və məhsuldar işləməsi üçün qanuna təklif edilən dəyişikliklərdən biri də kotirovkalar kateqoriyasından olan dövlət satınalmalarının elektron portal vasitəsilə həyata keçirilməsidir. Onun sözlərinə görə, yeni qanun layihəsində kotirovkaların həddinin 50 mindən 100 min manata qədər qaldırılması, kotirovka seqmentinin böyüdülməsi ilə bağlı da təkliflər irəli sürülüb.
Qeyd edilib ki, ölkəmizdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satınalmalarda payı 90 faizdən çox təşkil edib.

Tarix: 17-02-2021, 20:42 Oxunub: 106


Bölməyə aid digər xəbərlər