Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünya Bankı yaxın 5 ildə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb

Baxış: 228
Dünya Bankı yaxın 5 ildə Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb


Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda inflyasiyanın 2,3 % təşkil edəcəyini proqnozlaşdırır. 

Bankdan verilən məlumata görə, 2027-ci ildə bu göstərici 2,2 %-ə, 2028-2029-cu illərdə isə 2 %-ə qədər azalacaq.

Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi hədəf inflyasiya diapazonu 4±2 % təşkil edir.

İqtisadiyyat Nazirliyi 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6 %, 2026-cı ildə isə 4 % olacağını gözləyir. AMB 2025-ci ilin yanvar ayı proqnozuna əsasən inflyasiyanın 2025-ci ildə 5,5 %, 2026-cı ildə 3,8 % olacağını proqnozlaşdırır.

BMT öz növbəsində Azərbaycanda inflyasiyanın bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % olacağını proqnozlaşdırır.

Beynəlxalq reytinq agentlikləri “S&P Global” və “Moody's” Azərbaycanda bu il orta illik inflyasiyanı 4 %, gələn il isə 3 % səviyyəsində proqnozlaşdırır. “Fitch Solutions”ın proqnozuna görə, 2025-ci ildə inflyasiya 4 % olacaq, 2026-cı ildə 4,4 %-ə qədər sürətlənəcək.

Niderlandın “ING Group”u Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,2 %, 2026-cı ildə isə 4,9 % səviyyəsində proqnozlaşdırır.

Azərbaycanda ötən il orta illik inflyasiya 2,2 %, bu ilin yanvar ayında isə 5,4 % təşkil edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.