Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fitch: Bu il SOCAR-ın əməliyyat mənfəəti 3,3 milyard dolları keçəcək

Baxış: 216
Fitch: Bu il SOCAR-ın əməliyyat mənfəəti 3,3 milyard dolları keçəcək


“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci ildə ümumi gəlirinin 45,935 milyard ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.
Sahibkartv.az “Fitch”ə istinadən xəbər verir ki, SOCAR-ın vergi, faiz, amortizasiyadan öncəki əməliyyat mənfəətinin (EBITDA) 3,317 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir.
“Neft və qazın əlverişli qiymətləri SOCAR-ın maliyyə göstəricilərini gücləndirib”, - “Fitch” qeyd edir.
Agentliyin qiymətləndirməsinə görə, şirkətin 2024-cü il üçün gəliri 50,61 milyard ABŞ dolları, əməliyyat EBITDA-sı isə 3,535 milyard ABŞ dolları təşkil edəcək.
Həmçinin EBITDA üzrə rentabelliyin (çıxılmalardan əvvəlki mənfəətin gəlirə nisbəti) 2024-cü ildəki 7 %-dən 2025-ci ildə 7,2 %-ə yüksələcəyi gözlənilir.
Qeyd olunur ki, SOCAR Mərkəzi Asiyadan olan rəqibləri (“KazMunayQaz” və “Özbəkneftqaz” – red.) ilə müqayisədə daha yüksək rentabellik nümayiş etdirir və bu, ticarət əməliyyatlarının əhəmiyyətli həcmi ilə bağlıdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.