Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq

Baxış: 180
Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq


Azərbaycanda bu il ərzində reabilitasiya müəssisələrində xidmətdən faydalanan şəxslərin hazır qida (keytring) təminatına sərf olunacaq vəsaitin həcmi məlum olub.
Sahibkartv.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi il boyunca hazır yeməklə təmin olunacaq şəxslərin sayını və görüləcək işləri müəyyənləşdirib.
Belə ki, 12 ay ərzində həftənin 7 günü, sutkada 3 dəfə olmaqla Agentliyin tabeliyindəki reabilitasiya müəssisələrində xidmətlərdən faydalanan böyüklər üçün 279 006 nəfərlik, uşaqlar üçün isə 34 310 nəfərlik hazır yemək təminatı nəzərdə tutulub.
Artıq bununla bağlı qurum sözügedən şəxslə 3,2 milyon manat dəyərində müqavilə bağlayıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.