Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu ərazilərdə ev və mənzil qiymətləri arta bilər

Baxış: 190
Bu ərazilərdə ev və mənzil qiymətləri arta bilər


Bakının Baş planına əsasən, şəhərin müxtəlif ərazilərində sosial infrastruktur genişləndirilir, əsaslı tikinti və abadlaşdırma işləri aparılır. Davam edən proseslər və görüləcək işlərin fonunda əhalini maraqlandıran əsas məsələlərdən biri də daşınmaz əmlak qiymətləridir.
Xəzər TV bildirir ki, əmlak eksperti Ramil Osmanlı deyir ki, ev və mənzillərin dəyərinə təsir göstərən əsas amillər onun yerləşdiyi ərazi, ictimai funksionallığı, sosial infrastruktura yaxınlığıdır. Ekspert deyir ki, zamanla fərdi avtomobillərlə müqayisədə ictimai nəqliyyatdan, xüsusilə metrodan daha kütləvi formada istifadəni müşahidə etmək mümkün olacaq. "Bakı Metropoliteni"nin 4 stansiyası istismarda olan Bənövşəyi xəttinin perspektiv inkişaf planına uyğun olaraq 6-sı keçid olmaqla, 10 yeni stansiyanın inşası nəzərdə tutulur.
Gələcək layihələrin icrasında "Dərnəgül" stansiyasından sonra 3 stansiyanın "Koroğlu"ya birləşdirilməsi, "Xətai" stansiyasından sonra "Həzi Aslanov"a kimi 4 stansiyanın tikilməsi planlaşdırılır. "İçərişəhər" stansiyasından sonra isə iki stansiyanın inşası nəzərdə tutulub.
Bakının Baş Planında həmçinin nəzərdə tutulur ki, gələcəkdə metro ilə bağlı dairəvi xətlər yaradılsın. Yaşıl xətt üzrə qatarlar "Koroğlu"dan keçməklə Bakıxanov, Qaraçuxur, Yeni Günəşli qəsəbələrini əhatə etsin və "Həzi Aslanov-2" stansiyasına birləşdirilsin. Belə ki, sözügedən ərazilərdə də daşınmaz əmlak qiymətlərinin müəyyən qədər artacağı proqnozlaşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.