Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın bu şəhərinə yük avtomobillərinin girişi məhdudlaşdırıldı

Baxış: 163
Azərbaycanın bu şəhərinə yük avtomobillərinin girişi məhdudlaşdırıldı


Bu gündən başlayaraq Naxçıvan şəhərinə yük avtomobillərinin daxil olması məhdudlaşdırılır.
Sahibkartv.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı yerlərdə müvafiq nişanlama işləri görülməyə başlayıb.
Naxçıvan DİN-in DYPİ-nin əməkdaşı, polis mayoru Ayaz İsmayılov bildirib ki, maksimum kütləsi 5 tondan çox olan yük avtomobillərinin səhər saat 7 radələrindən axşam saat 8 radələrinə hərəkəti qadağan olunur:
"DYP olaraq yükdaşıma fəaliyyətini həyata keçirən və bu istiqamətdə çalışan həm fiziki şəxslərin eyni zamanda hüquqi şəxslərdən tələbimiz ondan ibarətdir ki, yükdaşıma fəaliyyətlərini qeyd olunan şərtlər daxilində həyata keçirsinlər".
Qeyd edək ki, kilosu beş tondan artıq olan yük maşınları ancaq qadağan edilmiş saatlar xaricində şəhərə daxil ola biləcəklər. Qadağa nişanlarının quraşdırılmasında məqsəd şəhərdaxili yollarda sabitliyi təmin etmək, baş verə biləcək qəzaların qarşısını almaqdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.