Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

“Boztəpə” kanalı yenidən qurulur - Fotolar

Baxış: 169
“Boztəpə” kanalı yenidən qurulur - Fotolar


Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində təsdiq olunan tədbirlər planına uyğun bir sıra işlər həyata keçirilir.
“Sahibkartv.az” xəbər verir ki, tədbirlər planına uyğun olaraq həyata keçirilən layihələrdən biri də “Boztəpə kanalının yenidən qurulması”nın I mərhələsidir. 
Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 2022-ci ildə bərpasına başlanılan Boztəpə kanalının yenidən qurulmasının I mərhələsi artıq başa çatıb.  
Kanalın su buraxma qabiliyyəti 8,6 kub m/san, uzunluğu isə 42,4 kilometrdir. Suvarma kanalı üzərində sudü¬şürən, suburaxan, supaylayıcı, borulu keçid və səviyyəqaldıran olmaqla ümumilikdə 186 hidrotexniki qurğu var. 
Mənbəyini Araz çayından götürən suvarma kanalının yenidən qurulması İmişli rayonunda 8884 hektar və Beyləqan rayonunda 891 hektar olmaqla, ümumilikdə 9775 hektar torpaq sahəsinin suvarma suyu ilə təminatını yaxşılaşdırıb. 
Hazırda 42,4 kilometr uzunluğu olan Boztəpə kanalında tikinti işləri başa çatıb, SCADA sistemlərinin inteqrasiyası üçün isə işlər davam edir.





Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.