Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir

Baxış: 244
Avropada ən ucuz və bahalı taksi qiymətləri bu ölkələrdədir


Neobank Bunq’ın araşdırmasına görə, Sofiya taksi qiymətləri ilə önə çıxır, London isə rekord bahalıdır.
“Neobank Bunq” Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin paytaxtlarında hava limanından şəhər mərkəzinə taksi tariflərini müqayisə edib. Tərtib edilmiş qiymətlərə görə, ən ucuz taksi gedişi Bolqarıstanın Sofiya şəhərində, ən bahalı taksi isə İngiltərənin paytaxtı Londondadır.
Sahibkartv.az valyuta.az-a istinadən xəbər verir ki, “Uber”, “Bolt” və “Free Now” kimi taksi sistemlərinin tətbiq etdiyi qiymətləri toplayan araşdırmaya görə, Bolqarıstanın paytaxtı Sofiyada hava limanından şəhər mərkəzinə orta taksi haqqı 5,06 avro ilə ən ucuz paytaxt şəhəridir. Sofiyadan sonra 6,91 avro ilə Rumıniyanın Buxarest, 7,95 avro ilə Polşanın Varşava şəhərləri gəlir.
Digər tərəfdən, Avropa paytaxtlarında ən bahalı taksi haqqı İngiltərənin paytaxtı Londondadır. Hava limanından Londonun Trafalqar meydanına taksi ilə orta gediş haqqı 80,08 avrodur. Londonu 67,05 avro ilə Hollandiya-Amsterdam, 64,00 avro ilə Cənubi Kipr-Nikosiya, 63,63 avro ilə Finlandiya-Helsinki və 53,50 avro ilə İtaliya-Roma izləyir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.