18:11 / 21-12-2024
17:39 / 21-12-2024
17:00 / 21-12-2024
16:43 / 21-12-2024
16:16 / 21-12-2024
15:30 / 21-12-2024
14:48 / 21-12-2024
13:42 / 21-12-2024
13:12 / 21-12-2024
12:08 / 21-12-2024
11:39 / 21-12-2024
11:34 / 21-12-2024
10:02 / 21-12-2024
09:49 / 21-12-2024
09:31 / 21-12-2024
09:27 / 21-12-2024
09:20 / 21-12-2024
09:07 / 21-12-2024
22:14 / 20-12-2024
21:42 / 20-12-2024
21:23 / 20-12-2024
20:51 / 20-12-2024
20:45 / 20-12-2024
20:18 / 20-12-2024
20:17 / 20-12-2024
19:43 / 20-12-2024
19:19 / 20-12-2024
18:52 / 20-12-2024
18:22 / 20-12-2024
17:39 / 20-12-2024
“Bu gün Azərbaycan xalqı Dövlət Suverenliyi Gününü qeyd edir. Bu əlamətdar bir gündür. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün neçə-neçə insan canından keçib. Mən də ilk növbədə bu bayram münasibətilə Azərbaycan xalqını və azərbaycanlı dostlarımı təbrik edirəm”.
Bu sözləri müsahibəsində gürcü iqtisadçı ekspert Vaxo Caraya söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın bugünkü siyasi, iqtisadi uğurlarının təməli hələ uzun illər öncə atılan sağlam addımlarla qoyulub.
“Azərbaycan xalqının Ümummilli Lideri, gürcü xalqının da yaxın dostu Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bugünkü suverenliyin əsası qoyulub. Bu gün qeyd olunan bayramın əsasında həm də iqtisadi layihələr dayanır. Bu layihələrdən biri də bu gün 30 yaşı qeyd olunan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri layihəsidir. Dahi şəxsiyyət Heydər Əliyevin ciddi səyləri nəticəsində ərsəyə gələn bu layihə tarix boyu çox əhəmiyyətli layihə olub və gələcəkdə də olacaq. O regionda Azərbaycan, Gürcüstan, Türkiyə arasında stabillik, siyasi və iqtisadi birlik yaradır, ölkələri siyasi şəkildə koordinasiya edir”, - deyə Vaxo Caraya vurğulayıb.
Ekspert deyir ki, geosiyasi nöqteyi-nəzərdən neft kəmərinin tikintisinin əsas məqsədi neftin dünya bazarlarına nəqli üçün marşrut yaratmaq idi: “Bu, ABŞ və Böyük Britaniyanın birbaşa iştirakı ilə tikilən ilk neft kəməridir. Fəaliyyətə başlaması ilə Mərkəzi Asiya, Qafqaz və Xəzər dənizini əhatə edən nəhəng regionda geosiyasi qüvvələr balansı yenidən əhəmiyyətli dərəcədə dəyişdi. BTC həm də Gürcüstanın stabilliyinin qarantıdır. Xatırladım ki, 2008-ci il Gürcüstan müharibəsində də BTC ölkəmizin təhlükəsizliyində çox böyük rol oynadı. Xüsusilə vurğulamaq yerinə düşər ki, BTC Avropa dövlətləri ilə əməkdaşlıq yaratmaq baxımından da çox əhəmiyyətli bir layihədir. Gələcəkdə bu layihələr siyasi və iqtisadi baxımından da Gürcüstana böyük fayda verəcək”.
Bölməyə aid digər xəbərlər