14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
14:22 / 20-11-2024
Pakistan nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycanla Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupunun növbəti iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, iqtisadiyyat nazirinin müavini, birgə işçi qrupunun həmsədri Səməd Bəşirli Azərbaycan və Pakistan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, Pakistan şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətinə diqqət çəkib. Bildirilib ki, iki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişi gələcəkdə ticarət dövriyyəsinin həcminin artırılması və səmərəli iqtisadi əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Pakistan iş adamları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində və sənaye parklarında yaradılmış əlverişli imkanlardan yararlanmağa, kənd təsərrüfatı, yüngül sənaye, turizm və s. sahələrə investisiya yatırmağa dəvət ediliblər.
Pakistanın Ticarət Nazirliyinin katibi, birgə işçi qrupunun həmsədri Cavad Paul ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayıb, tərəfdaşlığın inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Qeyd edilib ki, ölkələrimiz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrdə əməkdaşlığı daha da dərinləşdirir.
İclasda əməkdaşlıq istiqamətləri üzrə bir sıra təkliflər irəli sürülüb, qarşılıqlı investisiya qoyuluşlarının intensivləşdirilməsi və ticarət dövriyyəsi həcminin artırılması üçün təkliflər səsləndirilib. Ticarət sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi, tekstil, turizm və enerji sektorunda sərmayələrin yatırılması, habelə kiçik və orta biznes dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Sonda Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupunun 4-cü iclasının yekun Protokolu imzalanıb.
Bölməyə aid digər xəbərlər