13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
14:22 / 20-11-2024
14:14 / 20-11-2024
Sentyabrın 13-də Moskva şəhərində Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanovun sədrliyi ilə Azərbaycan-Rusiya Maliyyə Dialoqunun 1-ci iclası keçirilib.
Maliyyə Nazirliyindən bildirilib ki, plenar iclasın açılış nitqlərində Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və etibarlı münasibətləri sayəsində bu gün dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq ruhunda daha da möhkəmləndiyi vurğulanıb.
Qeyd edilib ki, siyasi münasibətlərin yüksək səviyyədə inkişafı iqtisadi münasibətlərin də genişləndirilməsini şərtləndirir və təsadüfi deyil ki, bu gün Rusiya Azərbaycanın nəhəng ticarət tərəfdaşıdır.
Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdə ənənəvi olaraq qarşılıqlı etimada əsaslandığını və konstruktiv xarakter daşıdığını vurğulayan Anton Siluanov bildirib ki, ikitərəfli əməkdaşlığın inkişaf potensialı və ortaq maraqlar maliyyə sahəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə imkan verir.
Maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin inkişafı məmnunluq doğurur və qarşılıqlı fəaliyyətin əhatə dairəsi ildən-ilə genişlənir. Nazir bütün istiqamətlər üzrə, o cümlədən qarşılıqlı maliyyə-iqtisadi fəaliyyətin, təcrübə mübadilələrinin, büdcə və vergi siyasəti, dövlət maliyyəsi idarəçiliyi sahəsində əməkdaşlığın genişlənməsini və gələcək inkişafını müəyyən edəcək Azərbaycan-Rusiya Maliyyə Dialoqunun institusionallaşmasının və sistemli şəkildə keçirilməsinin vacibliyini bildirib.
Tərəflər iki ölkənin maliyyə qurumları arasında büdcə siyasəti və audit fəaliyyəti ilə bağlı ayrı-ayrı məsələlər üzrə əməkdaşlığın həyata keçirildiyini qeyd edib, risklərin minimallaşdırılması istiqamətində təcrübələrini bölüşüblər.
Tərəflər, həmçinin Azərbaycan və Rusiyanın BMT və MDB kimi çoxtərəfli platformalarda, eləcə də beynəlxalq maliyyə institutları çərçivəsində birgə əməkdaşlığın vacibliyini təsdiq ediblər.
Bölməyə aid digər xəbərlər