Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Pekində yaşıl enerjinin sosial-iqtisadi tərəqqidə rolu ilə bağlı fikir mübadiləsi aparılıb

Baxış: 186

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndələri Pekin şəhərinə səfər ediblər. 

AZSTANDART-dan bildirilib ki, səfər çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları “Qlobal İnkişaf Təşəbbüsü çərçivəsində Rəqəmsal Ticarət və Əməkdaşlıq”, o cümlədən “Enerji əməkdaşlığı və enerjiyə qənaət. Enerji səmərəliliyinin artırılması” mövzularında seminarlara qatılıblar.

Hər iki seminarda “Bir kəmər, bir yol” layihəsində iştirak edən ölkələrin nümayəndələri təmsil olunublar.

Maarifləndirici tədbirlər çərçivəsində rəqəmsal ticarətin ölkə iqtisadiyyatlarına mümkün təsirləri, o cümlədən yaşıl enerjinin sosial-iqtisadi tərəqqidə rolu, karbon emissiyasının azaldılması, enerji səmərəliliyinin artırılması və bu sahələrdə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin praktiki hissəsində seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.