18:11 / 21-12-2024
17:39 / 21-12-2024
17:00 / 21-12-2024
16:43 / 21-12-2024
16:16 / 21-12-2024
15:30 / 21-12-2024
14:48 / 21-12-2024
13:42 / 21-12-2024
13:12 / 21-12-2024
12:08 / 21-12-2024
11:39 / 21-12-2024
11:34 / 21-12-2024
10:02 / 21-12-2024
09:49 / 21-12-2024
09:31 / 21-12-2024
09:27 / 21-12-2024
09:20 / 21-12-2024
09:07 / 21-12-2024
22:14 / 20-12-2024
21:42 / 20-12-2024
21:23 / 20-12-2024
20:51 / 20-12-2024
20:45 / 20-12-2024
20:18 / 20-12-2024
20:17 / 20-12-2024
19:43 / 20-12-2024
19:19 / 20-12-2024
18:52 / 20-12-2024
18:22 / 20-12-2024
17:39 / 20-12-2024
Yaponiya maliyyə nazirinin beynəlxalq məsələlər üzrə keçmiş müavini Kanda Masato Asiya İnkişaf Bankının (AİB) prezidentliyinə real namizəddir.
Yaponiya mediasına istinadla xəbər verir ki, Yaponiya tərəfi hazırda Nazirlər Kabinetində maliyyə və beynəlxalq iqtisadiyyat üzrə müşavir vəzifəsində çalışan Kanda Masatonun namizədliyini irəli sürməyi planlaşdırır. AİB-in hazırkı prezidenti Masatsuqu Asakavanın səlahiyyət müddəti gələn ilin fevralında başa çatır.
Qeyd edək ki, AİB Asiyada infrastrukturun inkişafı və yoxsulluğun azaldılması məqsədilə 1966-cı ildə yaradılıb. Baş ofisi Filippinin paytaxtı Manilada yerləşən bankın 49-u regiondan olmaqla 68 üzvü onun səhmdarlarıdır. AİB prezidentini onun Rəhbərlər Şurası seçir. Ənənəyə uyğun olaraq, bankın prezidenti ən iri səhmdar ölkənin nümayəndəsi olmalıdır. Yaponiya AİB-in ən iri səhmdarı olduğundan indiyədək bankın prezidenti vəzifəsinin bütün icraçıları bu ölkənin təmsilçiləri olub.
Azərbaycanın 1999-cu ildə banka üzv olub. 2004-cü ildən AİB-in Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. Bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısı 2015-ci ildə Bakıda keçirilib. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, yeni iqtisadi imkanların genişləndirilməsi, inklüziv inkişafın təşviqi istiqamətindəki fəaliyyətlərdə AİB Azərbaycana dəstək göstərir. Belə ki, AİB nəqliyyat, su təchizatı, enerji, həmçinin, maliyyə sektoru (bank və sığorta), təhsil, səhiyyə və digər sahələr üzrə 1999-cu ildən bəri Azərbaycana 130-dan çox kredit, qrant, investisiya, texniki yardım layihələrinin, ticarət və təchizat zəncirinin maliyyəsi və mikromaliyyə proqramlarının maliyyələşdirilməsi üçün 5,27 milyard ABŞ dolları vəsait ayırıb.
Azərbaycan 2001-ci ildən AİB-in Mərkəzi Asiya üzrə Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının üzvüdür.
Bölməyə aid digər xəbərlər