Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

DGK müsabiqədə qazanılan mükafatın gömrük ödənişlərinə cəlb olunmasına münasibət bildirib

Baxış: 202

Sosial şəbəkələrdə Azərbaycan vətəndaşının xaricdə keçirilən müsabiqədə qazandığı sertifikatın və mükafatın gömrük ödənişlərinə cəlb olunmasını qınayan məlumatlar yayımlanıb.

 Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsilə ona göndərilən “Apple” markalı qulaqcığın invoys dəyərini gömrük bəyannaməsində 50 dollar olaraq qeyd edib və gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılıb. 

“Araşdırma nəticəsində məhsulun (qulaqcıq) dəyərinin rəsmi internet mağazasında 549 dollar olduğu müəyyən edilib. Daha sonra vətəndaşın müraciəti əsasında “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqcıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilib və buraxılışı təmin edilib. Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmayıb”, - deyə DGK-nın məlumatında bildirilir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.