Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

AMB sədri IFC-nin regional direktoru ilə Mərkəzi Bankın dayanıqlı maliyyə gündəliyini müzakirə edib

Baxış: 223

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə regional direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

AMB-dən bildirilib ki, görüş çərçivəsində ölkəmizdə yaşıl iqtisadiyyata keçid üzrə müəyyənləşdirilmiş strateji prioritetlər, zəruri infrastrukturun formalaşdırılmasına yönəlmiş təşəbbüslər və Mərkəzi Bankın dayanıqlı maliyyə ilə bağlı gündəliyindəki mühüm məsələlər müzakirə olunub. 

Həmçinin görüşdə qurumlar arasında ikitərəfli maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.