Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Beynəlxalq Maliyyə Korporasiyası Azərbaycanda tikinti layihələrinin “yaşıllaşdırılmasını” dəstəkləyə bilər

Baxış: 213

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa üzrə regional direktoru İnes Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən bildirilib ki, A.Quliyev BMK ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, “yaşıl” tikinti sahəsində aparıcı qlobal təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiqi üçün növbəti birgə addımların atılmasının vacibliyinə diqqət çəkib. Eyni zamanda, tikinti layihələrinin “yaşıllaşdırılmasını” və karbon emissiyasının minimuma endirilməsini təşviq edəcək müvafiq sertifikatlaşdırma işinin təşkili imkanları da önəmli müzakirə predmeti olub.

IFC-nin Avropa üzrə regional direktoru bu təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını qeyd edərək, Azərbaycanın ekoloji cəhətdən təmiz tikinti materialları və aşağı karbonlu binaların təşviqi sahəsində səylərini yüksək qiymətləndirib. O, həmçinin IFC-nin dəstəyi ilə dünyanın 96 ölkəsində reallaşdırılan “yaşıl bina” layihəsi ilə bağlı qazanılmış qabaqcıl təcrübəni Azərbaycanla da bölüşmək istədiklərini bildirib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.