Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Cari ilin yanvar-iyun aylarında Qazaxıstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 280,6 milyon dollar təşkil edib. Qazaxıstanın Milli Statistika Bürosuna istinadən xəbər verir ki, qeyd olunan dövrdə Azərbaycandan Qazaxıstana ixrac 24,5

Baxış: 191

Milli Elektron Hökumət Platformasında hazırda 500-dək dövlət xidməti rəqəmsallaşdırılıb.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov “Kağızsız Hökumət: Rəqəmsallaşma və Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbirdə deyib.

“Bizim digər dövlət məlumat sistemlərimiz də var. Bura sosial, gömrük, ekologiya, kənd təsərrüfatı və digər sahələrdəki sistemlər daxildir. “Hökumət buludu” (G-cloud) Milli Data Mərkəzi, elektron imza sistemləri var, bundan başqa biometrik imza sistemi təşkil edilib. Vətəndaşlarımız elektron imza sistemi ilə müxtəlif dövlət qurumlarından məlumat əldə edə bilirlər.

Həmçinin bu il məlumat mübadiləsi ilə bağlı layihəmizi bitirmişik, bu da, dövlət qurumlarına sənədləri rəqəmsal formatda mübadilə etmək imkanı verir. Bu ildən artıq məhkəmələri də bu işə cəlb etməyə başlamışıq”, - deyə Rəşad Xalıqov əlavə edib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.