Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Aqrar Tədqiqatlar Mərkəzi və Ankara Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub

Baxış: 239

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzində (ATM) Türkiyənin Ankara Universitetinin kənd təsərrüfatı fakültəsinin kənd təsərrüfatının iqtisadiyyatı bölümünün rəhbəri professor İlkay Dellalla görüş olub.

Nazirlikdən bildirilib ki, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov mərkəz haqqında geniş məlumat verib. Öz növbəsində İlkay Dellal da Ankara Universiteti, universitetin kənd təsərrüfatı fakültəsi, habelə rəhbərlik etdiyi kənd təsərrüfatının iqtisadiyyatı bölümü barədə məlumatları bölüşüb.

Görüşdə iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirləri ilə bağlı görülən işlər, həyata keçirilən araşdırma və tədqiqatlar ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.

ATM rəhbəri mərkəzin tədqiqatçılarının Ankara Universitetində, Ankara Universitetinin tədqiqatçılarının isə Aqrar Tədqiqatlar Mərkəzində qarşılıqlı təcrübə mübadiləsinə cəlb olunmalarını təklif edib. Tərəflər hər iki qurumda çalışan alimlərin birlikdə müxtəlif iqtisadi modellərin tətbiqini, yeni modellərin yaradılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.