Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ASCO “Qarabağ” Ro-Ro gəmisinin adını dəyişərək “Mingəçevir” edib

Baxış: 240

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Qarabağ” Ro-Ro gəmisinin adını dəyişərək “Mingəçevir” edib.

ASCO-dan  bildirilib ki, gəmi yenə də Xəzərdə Bakı-Türkmənbaşı-Bakı və Bakı-Kurık-Bakı xətlərində daşımalar həyata keçirəcək. "Mingəçevir" hazırda Türkmənbaşıdan Bakı istiqamətinə doğru üzür.

Qeyd edək ki, “Qarabağ” gəmi-bərəsi 2008-ci ildə istismara verilib. Onun uzunluğu 154,5, eni 17,5 metr, sürəti 14 dəniz milidir. Tam yükgötürmə qabiliyyəti isə 5 985 tondur.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.